Nazir: Dərsliklərdə ciddi məzmun problemləri mövcuddur

22 İyun 2026 22:43

"Dərslik üçün narahat olan insanlar çapdan əvvəl öz irad və qeydlərini bildirsələr, bu daha faydalı olar. Dərslik yazıldıqdan sonra kimsə onu oxuyarkən bir hərf səhvini tapıb bunu Azərbaycan təhsilinin ən böyük problemi kimi təqdim edirsə, bunu o qədər də əhəmiyyətli hesab etmirəm. Dərsliklərdə həmişə hərf səhvləri olub".

Milli.Az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Xəzər TV", Trend və APA informasiya agentliklərinə müsahibəsində deyib.

Nazir bildirib ki, dərsliklərdə ciddi məzmun problemləri mövcuddur: "Biz fizika, kimya və biologiya dərsliklərinin növbəti nəsilə uyğun olub-olmadığını müzakirə edə bilərik. Bu mənada hətta tənqidçi mövqedən də çıxış edə bilərəm. Bu mənim vəzifə funksiyam olmasa da, vətəndaş mövqeyindən baxdıqda belə bir qiymətləndirmə mümkündür".

Emin Əmrullayevin sözlərinə görə, əgər dərslikdə bir səhv tapılırsa, onu çapda düzəltmək çətindir, amma elektron versiyada həmin gün dəyişmək mümkündür. Bu böyük problem deyil: "Əgər hansısa mövzu yoxdursa, bu artıq ciddi problemdir. Hər hansı mövzu artıqdırsa, biz bu qədər mövzu keçməliyikmi? Bəlkə fərqli mövzulara keçək? Bəlkə kimya və biologiya fənlərində yeni elmi nailiyyətləri dərsliklərə daxil edək? Mən nə mediada, nə də ictimai müzakirələrdə bu tip narazılıqları çox görməmişəm. Görsəydim, çox sevinərdim".

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor