Ufuk Özkanın son halı - (Foto)

22 İyun 2026 23:49

Bir müddət əvvəl sirroz diaqnozu qoyulan və uğurlu qaraciyər köçürülməsi əməliyyatı keçirən məşhur aktyor Ufuk Özkan ağır günləri arxada qoyub. Müalicə prosesindən sonra sürətlə sağalan və əvvəlki sağlamlığına qovuşan aktyorun son halı sevənlərini çox sevindirib.

Milli.Az xəbər verir ki, ailəsi ilə birlikdə xoşbəxt halda çəkilən fotosu yayımlanan aktyorun son dərəcə enerjili olduğu görünür. Yaşadığı çətin sağlamlıq mübarizəsini uğurla başa vuran Özkanın yaxın vaxtlarda yeni layihələrlə ekranlara qayıtması gözlənilir.

Ufuk Özkan 1975-ci ildə Almaniyada anadan olmuş türkiyəli aktyordur. Teatr məktəbi keçən aktyor xüsusilə komediya janrındakı layihələri ilə tanınır. O, geniş auditoriyaya daha çox "Geniş Ailə" serialındakı "Cevahir" obrazı ilə tanışdır. Aktyor televiziya serialları və proqramlardakı uğurlu çıxışları ilə karyerasını davam etdirir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)