İran beynəlxalq hüquq çərçivəsində diplomatiyanı davam etdirməyə hazırdır.
Milli.Az report-a istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı deyib.
O, regionda sülhün bərqərar olması üçün diplomatik prosesin davam etdirilməsinin vacibliyini vurğulayıb:
"İran müharibə axtarmayıb və axtarmır. Qanunsuz hücumu ABŞ və İsrail edib".
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)