Göygöldə yol qəzası baş verib.
Milli.Az-ın məlumatına görə, hadisə Gəncə-Daşkəsən yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.
Minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)