Bülbül Vokal Məktəbinin növbəti uğuru: Atilla Məmmədovun solo konserti böyük maraqla qarşılandı - (Video/Foto)

22 İyun 2026 17:20

"Bizi Birləşdirən Mədəniyyət" İctimai Birliyinin təşkilatçılığı iləBülbül Vokal Məktəbinin məzunu, Bakı Musiqi Akademiyasının II kurs tələbəsi, Beynəlxalq müsabiqələr laureatı və Prezident təqaüdçüsü Atilla Məmmədli Kamera və Orqan Musiqisi Zalında solo konsert proqramı ilə çıxış edib.

Konsert Azərbaycan professional vokal məktəbinin banisi, dahisənətkar Bülbülün əziz xatirəsinə ithaf olunub. Proqramda dünyavə Azərbaycan klassik vokal əsərlərinin seçilmiş nümunələrisəsləndirilib və dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

Gənc tenorun ifasını konsertmeysterlər, Beynəlxalq müsabiqələrlaureatları Fidan Yunus və Ağarəhm Salah müşayiət ediblər.

Bülbül Vokal Məktəbinin təsisçisi və direktoru,

"Bizi BirləşdirənMədəniyyət" İctimai Birliyinin sədri, Əməkdar artist RamilQasımov çıxışında Atilla Məmmədlinin peşəkar inkişafını yüksəkqiymətləndirərək qeyd edib və vurğulayıb ki, gənc ifaçı gələcəkdəAzərbaycan vokal sənətini layiqincə təmsil edən sənətçilərdən biri olacaq.

O, həmçinin Bülbül Vokal Məktəbinin bu istiqamətdəardıcıl uğurlarının davam etdiyini, klassik vokal sənətinin inkişafıvə yaşadılması üçün daim dəstək göstərildiyini bildirib və gəncifaçıya yaradıcılıq yolunda uğurlar arzulayıb.

Tədbirin sonunda çıxış edən xalq artisti, Milli MəclisinMədəniyyət Komitəsinin sədri Polad Bülbüloğlu Bülbül VokalMəktəbinin klassik vokal sənətinin inkişafı və gənc istedadlarınyetişdirilməsi istiqamətindəki rolunu yüksək qiymətləndirib.

Konsert proqramı sonda gurultulu alqışlarla yekunlaşıb və BülbülVokal Məktəbinin növbəti uğuru kimi yadda qalıb.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az