Cəbrayılın Şükürbəyli kəndinə köçən ailələrə evlərin açarları təqdim edilib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, Böyük Qayıdış proqramı çərçivəsində Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç mərhələsi həyata keçirilib. Bu mərhələdə kəndə 20 ailə, ümumilikdə 89 nəfər köçürülüb.
Doğma yurdlarına qayıdan sakinlərə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim olunub.
Qeyd edək ki, kəndə ümumilikdə 615 ailənin, yəni 2522 nəfərin köçürülməsi planlaşdırılır.
_____________
Növbəti köç karvanı Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçürülən ailələr doğma yurda çatıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, Şükürbəyli kəndi istiqamətində yola salınan 20 ailə artıq yeni yaşayış məntəqəsinə çatıb.
Növbəti mərhələdə ailələrə məskunlaşacaqları evlərin açarları təqdim olunacaq.
______________
Cəbrayılın Şükürbəyli kəndinə növbəti köç karvanı yola salınıb
Milli.Az Trend-ə istinadən xəbər verir ki, köç prosesinin bu mərhələsində kəndə 20 ailə, ümumilikdə 89 nəfər yerləşdirilib.
Şükürbəyli kəndinə köçürülən ailələr uzun illər ərzində respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış məcburi köçkünlərdir.
Xəbər yenilənəcək
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)