Mərhum britaniyalı müğənni Liam Peynin milyonlarla dəyərində olan sərvətinin taleyi bəlli olub.
Milli.Az xəbər verir ki, məlumata görə, sənətçinin təxminən 21 milyon funt sterlinq (47 milyon manatdan çox) dəyərində qiymətləndirilən əmlakı onun səkkiz yaşlı oğlu Bear Peynə miras qalacaq.

Liam Peyn sağlığında vəsiyyətnamə tərtib etməyib və rəsmi nikahda olmayıb. Böyük Britaniya qanunvericiliyinə əsasən, bu halda miras onun yeganə övladı olan Beara keçir. Uşaq atasından qalan sərvətə 18 yaşına çatdıqdan sonra tam şəkildə sahib ola biləcək.
Xatırladaq ki, keçmiş "One Direction" üzvü Liam Peyn 2024-cü ilin oktyabrında Argentinanın paytaxtı Buenos-Ayresdə faciəvi şəkildə həyatını itirib. Ekspertiza nəticələrinə əsasən, onun orqanizmində alkoqol və qadağan olunmuş maddələrin izləri aşkarlanıb.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)