Azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları davam etdirilir.
Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətinin məlumatına görə, iyunun 16-dan 21-dək aparılan tədbirlər nəticəsində müxtəlif növ mina və partlamamış hərbi sursatlar aşkarlanaraq zərərsizləşdirilib.
Məlumata əsasən, həmin dövrdə 29 tank əleyhinə mina, 84 piyada əleyhinə mina və 514 ədəd partlamamış hərbi sursat (PHS) aşkar edilərək təhlükəsiz şəkildə məhv edilib.
Bildirilib ki, ümumilikdə 1 710,16 hektar ərazi mina və partlayıcı maddələrdən təmizlənib.
Qeyd olunub ki, minatəmizləmə əməliyyatları ANAMA ilə yanaşı Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti və dörd özəl şirkət tərəfindən Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında, eləcə də Qazax rayonunun işğaldan azad edilmiş kəndlərində həyata keçirilib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)