"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Elvin Cəfərquliyevi əsas komandasına qaytarıb.
Milli.Az xəbər verir ki, o bu gün Ağdam təmsilçisi ilə Avstriyadakı təlim-məşq toplanışına yollanıb.
Səfərə çıxan heyətdə Elvin Cəfərquliyev də yer alıb. Baş məşqçi Qurban Qurbanov tərəfindən əvəzedici heyətə göndərilən və transferə çıxarılan 25 yaşlı müdafiəçinin taleyinə tezliklə aydınlıq gələcək.
Xatırladaq ki, Elvin Cəfərquliyev 2025/2026 mövsümünün sonunda intizam qaydalarını pozduğu üçün "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov tərəfindən əsas komandadan uzaqlaşdırılıb.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)