Xəbər verdiyimiz kimi, Qara Dənizdə Türkiyə gəmisi PUA ilə vurulub.
Milli.Az xəbər verir ki, Ukrayna Hərbi Dəniz Qüvvələri tərəfindən verilən məlumata görə, Türkiyə gəmisi olan VICTRESS Rusiya pilotsuz təyyarəsi tərəfindən vurulub.
Gəmidə Misir, Türkiyə və Hindistan vətəndaşları olan doqquz heyət üzvü olub.
"Çətin vəziyyət və yanğının daha da yayılması təhlükəsi nəzərə alınmaqla, Ukrayna Hərbi Dəniz Qüvvələrinin qayıqlarının heyətləri quru yük gəmisinin heyətini təxliyə etmək üçün xilasetmə əməliyyatını uğurla həyata keçiriblər. Təəssüf ki, onlar arasında itkilər olub", - məlumatda qeyd olunub.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)