Neft qiymətlərində azalma: Danışıqların yekunlaşması bazara təsir etdi

22 İyun 2026 10:36

İsveçrədə keçirilən ABŞ-İran danışıqlarının yekunlaşmasının ardından qlobal enerji bazarlarında neft qiymətləri eniş göstərib.

Milli.Az xəbər verir ki, hazırda dünya bazarında "Brent" markalı neftin bir barreli 78,97 dollar, WTI markalı yüngül neft isə 75,26 dollar səviyyəsində ticarət olunur.

Analitiklər qiymətlərdəki azalmanı bazarlarda geosiyasi gərginliyin nisbətən zəifləməsi və danışıqların nəticələrinə dair optimist gözləntilərlə əlaqələndirirlər.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)