Qara dənizdə Türkiyə gəmisi vuruldu: Ölənlər var - (Foto)

22 İyun 2026 10:29

Qara dənizdə hərəkətdə olan Panama bayraqlı "Victress" adlı yük gəmisi pilotsuz uçuş aparatı ilə hücuma məruz qalıb. Hücum nəticəsində gəmidə güclü yanğın baş verib.

Milli.Az xəbər verir ki, məlumata görə, gəminin heyəti arasında Misir, Türkiyə və Hindistan vətəndaşları olub. Yanğın qısa müddətdə gəminin böyük hissəsini əhatə edib və ciddi ziyana səbəb olub.

Hadisədən sonra ekipaj üzvlərinin təxliyəsinə başlanılıb. İlkin məlumatlara əsasən, 9 nəfər xilas edilib və onların arasında Türkiyə vətəndaşlarının da olduğu bildirilir.

Bəzi mənbələr hücum nəticəsində ölənlərin olduğunu iddia etsə də, bu barədə hələlik rəsmi təsdiq verilməyib. Səlahiyyətli qurumlar itkin düşdüyü bildirilən heyət üzvlərinin taleyi ilə bağlı araşdırmaları davam etdirirlər.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)