Messi yenidən "Barselona" forması geyinəcək

21 İyun 2026 23:57

Lionel Messi "Barselona" formasını sonuncu dəfə geyinə bilər. 

Milli.Az xəbər verir ki, ​onum "İnter Mayami" klubunda karyerasını bitirməzdən əvvəl son bir dəfə "Barselona" formasını geyinəcəyi gözlənilir.

​Hazırda "İnter Mayami" və "Barselona" klubları Joan Qamper Kuboku çərçivəsində üz-üzə gəlmək üçün danışıqlar aparır. Müzakirə olunan planlara əsasən, argentinalı ulduzun bu xüsusi qarşılaşmada iştirakı nəzərdə tutulur.

​Əgər tərəflər arasında tam razılıq əldə olunarsa, Messi matçın bir hissəsini "Barselona", digər hissəsini isə "İnter Mayami" heyətində keçirə bilər.

Bu addım dahi futbolçunun Kataloniya klubu ilə rəmzi şəkildə vidalaşması üçün unikal bir fürsət yaradacaq. (Offsideplus.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)