Milli.Az mətbəxdə gigiyena və sağlamlıq baxımından mütəmadi olaraq dəyişdirilməsi lazım olan 7 mətbəx əşyası və onların tövsiyə olunan istifadə müddətini təqdim edir:
Mətbəx süngərləri: Məsaməli quruluşları səbəbindən bakteriya və yemək artıqlarını asanlıqla özlərində saxlayırlar. Təxminən 2 həftədə bir dəyişdirilməsi tövsiyə edilir.
Bezlər: Tez-tez yuyulmalı və istifadə vəziyyətinə görə təxminən 3 ayda bir yenilənməlidir.
Kəsmə taxtaları:
Plastik: Bir neçə ayda bir.
Bambu: İldə bir və ya iki dəfə.
Taxta qaşıqlar və mətbəx avadanlıqları: Çatlar bakteriya yığdığı üçün bu əşyalar adətən 2-5 il arası istifadə olunmalıdır. Lakin hər hansı bir çat göründüyü an dəyişdirilməlidir.
Yapışmaz tavalar: Cızıqlar yarandıqda, örtük soyulduqda və ya yapışdırmama özəlliyini itirdikdə mütləq yenilənməlidir.
Plastik saxlama qabları: Ləkələndikdə, formasını itirdikdə, qoxu saxladıqda və ya üzərində mikro çatlar yarandıqda dəyişdirilməlidir.
Fırçalar və ovma süngərləri: Fırça qılları düzləşməyə başladıqda və təmizlik performansı düşdükdə, yəni təxminən 3 ayda bir yenisi ilə əvəz olunmalıdır.
Niyə Dəyişdirməliyik?
Köhnəlmiş avadanlıqlar bakteriya və kif üçün münbit şərait yaradır.
Xüsusilə aşınmış plastik və yapışmaz örtüklər zamanla qidalara zərərli maddələrin keçməsinə səbəb ola bilər.
Köhnəlmiş əşyalar öz işini (məsələn, kəsmək və ya yapışmamaq) düzgün yerinə yetirə bilmir.
Mətbəx gigiyenası üçün əlavə məsləhətlər:
Yemək artıqlarını uzun müddət saxlamayın.
Taxta məhsulları mütləq əllə yuyun və yuduqdan sonra tam qurudun; zamanla çatlamaması üçün qida təhlükəsizliyinə uyğun mineral yağlarla baxım edin.
Əl və ya təmizlik üçün istifadə olunan mətbəx dəsmallarını həftədə ən az bir dəfə yuyun və aşındıqda (təxminən 2 ildən sonra) dəyişin.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)