Bakı şəhəri Yasamal rayonunda yerləşən "Park Yasamal" yaşayış kompleksində yerləşən mənzillərdən birində yanğın hadisəsi baş verib.
Milli.Az xəbər verir ki, yanğına səbəb ehtiyatsızlıq olub.
Hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağrılıb.
Yanğının qarşısı alınıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)