Mətbəximizdəki bəzi qida əlavələri ürək xəstəliklərinə səbəb olur

22 İyun 2026 03:03

Fransada aparılan və "European Heart Journal"da dərc olunan genişmiqyaslı araşdırma gündəlik istehlak etdiyimiz paketli qidalarda olan bəzi qoruyucu maddələrin ürək və damar sağlamlığı üçün ciddi risk yaratdığını ortaya qoyub. 112 mindən çox insanın iştirak etdiyi araşdırmada hazır qidalarda tez-tez istifadə edilən 17 maddədən 8-nin yüksək təzyiq və ürək-damar xəstəlikləri ilə birbaşa əlaqəli olduğu müəyyən edilib.

Milli.Az xəbər verir ki, araşdırmada aşağıdakı qida əlavələrinin yüksək təzyiq və ürək xəstəlikləri riskini artırdığı vurğulanır:

Potasium sorbat

Potasium metabisülfit

Natrium nitrit

Askorbin turşusu (C vitamini kimi tanınsa da, yüksək miqdarda riskli ola bilər)

Natrium askorbat

Natrium eritrobat

Sitrik turşu

Bibəriyyə ekstraktı

Araşdırmanın qorxuducu nəticələri:
Bu maddələri çox istehlak edənlər daha böyük təhlükə altındadır.

Antioksidan olmayan qoruyucuları çox qəbul edənlərdə yüksək təzyiq riski 29%, antioksidan xüsusiyyətli olanlarda isə 22% artır.

Bu qidaları çox yeyənlərdə ürək-damar xəstəlikləri riski 16% daha çox müşahidə edilir.

Mütəxəssislərin tövsiyəsi: "Təbii qidalanmaya qayıdın"
Mütəxəssislər qida sənayesində istifadə olunan bu maddələrin təhlükəsizlik limitlərinin yenidən qiymətləndirilməsi lazım olduğunu bildirirlər. Sağlamlığını qorumaq istəyənlər üçün əsas çağırış: paketli və hazır qidalardan uzaq durun, işlənməmiş və ya az işlənmiş təbii qidaları seçin. Artıq marketlərdə alış-veriş edərkən etiketləri (tərkibi) daha diqqətli oxumaq vacib bir vərdişə çevrilməlidir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)