İspaniya millisinin və "Barselona"nın hücumçusu Lamin Yamal DÇ-2026-nın qrup mərhələsinin ikinci turunda Səudiyyə Ərəbistanına qarşı keçirilən oyunda dünya çempionatlarında ilk qoluna imza atıb.
Milli.Az xəbər verir ki, ABŞ-nin Atlanta şəhərində baş tutan qarşılaşmanın 11-ci dəqiqəsində Yamal rəqib qapısına yol tapmağı bacarıb.
Qol vurduğu an Lamin Yamalın 18 yaş 343 günlük olduğu bildirilir. Bu göstərici dünya çempionatları tarixində mütləq rekord olmasa da (rekord DÇ-2022-də 18 yaş 110 günlüyündə qol vuran Qaviyə məxsusdur), gənc ulduz Lionel Messini geridə qoyub. Belə ki, Messi mundialda ilk qolunu 18 yaş 357 günlüyündə vurmuşdu.
Qeyd edək ki, "Barselona" akademiyasının yetirməsi olan Yamalın hazırda "Transfermarkt" portalındakı transfer dəyəri 200 milyon avro qiymətləndirilir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)