“Qarabağ” Martin Zlomisliçi transfer etdi

21 İyun 2026 21:10

"Qarabağ" Xorvatiyanın "Riyeka" klubunun qapıçısı Martin Zlomisliçlə razılıq əldə edib.

Milli.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, bu barədə Ağdam klubu sosial şəbəkə hesabında paylaşım edib.

Futbolçunun yaxın günlərdə Azərbaycana gələcəyi bildirilir.

Ağdam təmsilçisi bu keçid üçün "Riyeka"ya 500 min avro (1 milyon manat) transfer haqqı ödəyib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor