Yumşaq badımcanların pomidor və bibərlə möhtəşəm uyğunluğu... Bu yemək istər ana yemək, istərsə də garnitür olaraq süfrələrinizə yaraşacaq.
Milli.Az lazımi ərzaqlar təqdim edir:
Badımcan: 5 ədəd (orta boy)
Pomidor: 4 ədəd (yetişmiş)
Yaşıl bibər: 6 ədəd
Sarımsaq: 3 diş
Quru soğan: 1 ədəd (kiçik)
Duz və istiot: Zövqə görə
Qızartmaq üçün: Bitki yağı
Badımcanları gözlətmək üçün: 1 litr su və 1 xörək qaşığı duz.
Hazırlanma qaydası
Badımcanları alacalı zolaqlı soyun və uzun dilimlərə bölün. Aclığını alması üçün 20 dəqiqə duzlu suda gözlədin. Sudan çıxardıqdan sonra kağız dəsmal ilə tamamilə qurulayın.
Bibərləri təmizləyib uzununa bölün. Pomidorların qabığını soyub kub şəklində doğrayın. Sarımsaqları xırda, soğanı isə yarım ay şəklində doğrayın.
Geniş bir tavada yağı qızdırın. Badımcanların hər iki üzünü yüngülcə rəng alana qədər qızardıb kağız dəsmalın üzərinə yığın. Eyni yağda bibərləri də qısa müddət çevirib çıxarın.
Geniş bir tavanın və ya qazanın dibinə qızardılmış badımcanları yerləşdirin. Üzərinə bibərləri, soğanları, pomidorları və sarımsaqları əlavə edin.
Duz və istiotu əlavə edib qapağını bağlayın. Kısık odda təxminən 25-30 dəqiqə, pomidorlar suyunu buraxıb bütün tərəvəzlər yumşalana qədər bişirin.
Badımcanları qızartmazdan əvvəl mütləq qurulayın, bu, yağın ətrafa sıçramasının qarşısını alır.
Tərəvəzləri qarışdırmaq əvəzinə qazana qat-qat düzün ki, badımcanlar əzilməsin.
Bişdikdən sonra 10 dəqiqə dinləndirmək ləzzətlərin bir-birinə keçməsini təmin edir.
Yanında düyü və ya bulqur plovu ilə, yaxud soyuq qatıq ilə servis edərək çox doyurucu bir menyu hazırlaya bilərsiniz. Nuş olsun!
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor