Yup-yumşaq, tək-tək pizza resepti

21 İyun 2026 22:05

Yumşaq xəmiri, bol içliyi və iştahaçan görünüşü ilə bu pizzalar həm uşaqların, həm də böyüklərin sevimlisi olacaq.

Milli.Az lazımi ərzaqları təqdim edir:
Xəmiri üçün:

Ilıq su: 1 stəkan

Ilıq süd: 1 stəkan

Zeytun yağı: Yarım stəkan

Bitki yağı: Yarım stəkan

Instant maya: 1 paket

Toz şəkər: 1 çay qaşığı

Duz: 1 çay qaşığı

Un: 5-5.5 stəkan

Üzəri üçün:

Sucuk: 100 q

Yaşıl bibər: 1 ədəd

Qırmızı kapya bibər: 1 ədəd

Qara zeytun: 10 ədəd

Rəndələnmiş kaşar pendiri: 1.5 stəkan

Qarğıdalı: 2 xörək qaşığı

Yumurta sarısı: 1 ədəd (kənarlarına çəkmək üçün)

Hazırlanma qaydası
Geniş bir qabda ilıq süd, su, maya və şəkəri qarışdırın, mayanın aktivləşməsi üçün bir neçə dəqiqə gözləyin.

Zeytun yağı, bitki yağı və duzu əlavə edin. Unu az-az tökərək ələ yapışmayan, yumşaq bir xəmir yoğurun. Üzərini örtüb 50-60 dəqiqə mayalanmağa buraxın.

Sucuk, bibərlər və zeytunları xırda doğrayın. Kaşar pendiri və qarğıdalı ilə birlikdə bir qabda qarışdırın.

Mayalanan xəmirdən naringi böyüklüyündə parçalar qoparıb yuvarlayın və yağlı kağız sərilmiş tepsiye düzün.

Xəmir toplarının ortasına çay stəkanının altı ilə yüngülcə basaraq çuxur yaradın. Bu şəkildə tepside 20-25 dəqiqə daha dinləndirin.

Kənarlarına yumurta sarısı çəkin. Hazırladığınız içliyi ortalara yerləşdirin. Əvvəlcədən isidilmiş 190 dərəcəlik fırında üzəri qızarana qədər (təxminən 18-22 dəqiqə) bişirin.

Xəmirin həm birinci, həm də şəkil verdikdən sonra olan ikinci mayalanma müddətinə riayət etmək pizzanın "puf-puf" olmasını təmin edir.

Süd və suyun çox isti olmamasına diqqət edin, əks halda maya yanar və xəmir yaxşı qabarıqlaşmaz.

Fırından çıxardıqdan sonra bir neçə dəqiqə gözləyin, beləcə ləzzəti tam yerinə oturacaq.

Nuş olsun!

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)