Bədii gimnastlarımız Dünya çempionatında (Foto)

21 İyun 2026 19:22

19-21 iyun tarixlərində Çinin Pekin şəhərində bədii gimnastika üzrə Dünya kuboku keçirilib. Yarışda Azərbaycanı qrup hərəkətləri komandası - İlona Zeynalova, Zəhra Cəfərova, Şəms Müvəffəqi, İlahə Bahadirova, Alina Məmmədova və Sofiya Məmmədova, eləcə də fərdi proqramda Fidan Qurbanlı və Kamilla Seyidzadə təmsil ediblər.

Milli.Az xəbər verir ki, 5 topla proqramda çıxış edən qrup hərəkətləri komandamız 22.550 xal toplayaraq final mərhələsinə vəsiqə qazanıb. Finalda isə gimnastlarımız 22.600 xal nəticə göstərərək yarışı 6-cı pillədə başa vurublar.

Fərdi proqramda çıxış edən Kamilla Seyidzadə gürzlərlə final mərhələsinə yüksəlib. Gimnastımız finalda 8-ci pillədə qərarlaşıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)