Rusiyada göyərtəsində iki nəfər olan helikopterdən xəbər yoxdur

21 İyun 2026 16:12

Rusiyada Primorsk diyarında meşə aviasiyasına məxsus "Robinson R44" tipli helikopterlə əlaqə itib. 

Milli.Az xəbər verir ki, axtarış-xilasetmə əməliyyatı həyata keçirilir.

Rusiya İstintaq Komitəsinin Nəqliyyatda Şərq Regionlararası İstintaq İdarəsinin məlumatına əsasən, Primorsk diyarında itkin düşən Robinson helikopterinin göyərtəsində ekipajın iki üzvü - pilot və müşahidəçi-pilot olub.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)