İsveçrədə Qətər və Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında danışıqlar rəsmən başlayıb.
Milli.Az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqa bildirmişdi ki, bu gün səhər saatlarında İsveçrədə İran nümayəndə heyəti ilə prosesin vasitəçiləri qismində çıxış edən Pakistan və Qətər nümayəndə heyətləri arasında ikitərəfli görüşlər təşkil olunacaq. Günortadan sonra isə İran və ABŞ nümayəndə heyətləri arasında Qətər və Pakistan nümayəndələrinin iştirakı ilə dördtərəfli görüş keçiriləcək.
____________
Bu gün nahardan sonra İsveçrənin Burgenştok bölgəsində ABŞ və İran arasında mühüm diplomatik görüşlər keçiriləcək.
Milli.Az-ın TASS-a istinadən məlumatına görə, Qətər və Pakistanın vasitəçiliyi ilə əvvəlcə rəsmi dördtərəfli danışıqlar start götürəcək.
Məlumata əsasən, Bakı vaxtı ilə saat 15:30-da başlayacaq görüşdə tərəflər ABŞ və İran nümayəndələri ilə yanaşı vasitəçi ölkələrin də iştirakı ilə masaya oturacaqlar.
Daha sonra isə axşam saatlarında Vaşinqton və Tehran arasında ayrıca ikitərəfli məsləhətləşmələrin keçirilməsi planlaşdırılır.
Bildirilir ki, danışıqlarda iştirak edən bütün tərəflər artıq Burgenştoka gəlib və görüşə hazırlıq tam başa çatıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)