İyunun 22-də Abşeron çimərliklərində hava şəraitinin əlverişli olacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, gün ərzində arabir güclənən şimal-qərb küləyi əsəcək.
Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada 20-21 dərəcə, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil və Şıxda isə 22-23 dərəcə isti olacaq.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)