DÇ-2026-da qrup mərhələsini adlaya bilməyəcək daha bir komandanın adına aydınlıq gəlib.
Tunis millisi F qrupunun II turunda Yaponiya ilə qarşılaşıb və 0:4 hesablı məğlubiyyət alıb. Afrika təmsilçisi ilk oyunda da İsveçə 1:5 hesabı ilə uduzduğundan, növbəti mərhələyə yüksəlmək şansını vaxtından əvvəl itirib.
Beləliklə, Tunis yığması dünya çempionatı ilə qrup mərhələsində vidalaşan növbəti komanda olub.
Qeyd edək ki, daha əvvəl Haiti və Türkiyə millilərinin də pley-offa yüksələ bilməyəcəyi dəqiqləşmişdi.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)