Yevlaxda kanalda boğulan 26 yaşlı kişinin meyiti tapılıb

21 İyun 2026 11:35

Yevlax rayonunda Yuxarı Qarabağ kanalında boğularaq ölən 26 yaşlı kişinin meyiti tapılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə Malbinəsi kəndi ərazisində qeydə alınıb. Kanalda batan 2000-ci il təvəllüdlü Mahir Oruc oğlu Nadirovun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Hadisə dünən baş verib. 

Rayonun Qoyunbinəsi kənd sakini, 2000-ci il təvəllüdlü Mahir Oruc oğlu Nadirov Yuxarı Qarabağ su kanalında çimərkən suda batıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)