Gəncədə evdən meyit tapılıb.
Milli.Az apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.
Şəhər sakini, 2009-cu il təvəllüdlü Ə. Novruzovun yaşadığı evdə meyit aşkar edilib. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.
Yeniyetmənin ölüm səbəbi hələlik məlum deyil.
Meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsin Gəncə şəhər şöbəsinə təhvil verilib.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)