Qazax rayonunun kəndlərinə güclü dolu yağıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Kosalar, Çaylı, Fərhli kəndlərinə dolu düşüb.
Dolu yağışı təxminən 15 dəqiqə davam edib. Qeyri-sabit hava şəraiti meyvə bağlarına ziyan vurub.
Həmçinin bəzi avtomobillərə də ziyan dəyib. Kəndlərdə elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Hazırda Qərb bölgəsində yağışlı hava şəraiti davam edir.
Həmin görüntüləri təqdim edirik:
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)