"Qarabağ" və "Zirə" komandaları yoxlama oyununda üz-üzə gəliblər.
Milli.Az-ın məlumatına görə, "Azersun Arena"nın məşq meydançasında baş tutan qarşılaşmada Ağdam təmsilçisi rəqibini məğlub edib.
Görüş 4:3 hesabı ilə bitib.
"Köhlən atlar"ın heyətində Kamilo Duran, Bəhruz Qurbanlı, Leandro Andrade, Mehdi Mütəllimli, Bakı klubunda George Papunaşvili, Yeqor Boqomolski və Namik Ələskərov fərqləniblər.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)