Əriyin təbii aroması ilə badamın xoş çıtırlığını birləşdirən bu mürəbbə, səhər yeməklərinizə, çay süfrələrinizə xüsusi dad qatacaq.
Milli.Az lazımi ərzaqları təqdim edir:
Ərik: 1 kiloqram
Şəkər tozu: 3 stəkan
Badam: 1 stəkan (qabıqları soyulmuş)
Limon suyu: Yarım limonun suyu
Çubuq darçın: 1 ədəd
Hazırlanma qaydası:
Əriklərin tumlarını çıxarıb yarıya bölün.
Ərikləri qazana qoyun və üzərinə şəkər tozunu əlavə edin.
Qabığı soyulmuş badamları, limon suyunu və çubuq darçını qazana qatın.
Bütün vəsaitləri yüngülcə qarışdırın. Orta odda qaynamağa qoyun və qıvam alana qədər təxminən 30-35 dəqiqə bişirin.
Mürəbbə istədiyiniz qatılığa gəldikdə ocaqdan götürün və içindəki çubuq darçını çıxarın.
Mürəbbə isti ikən sterilizə olunmuş bankalara doldurun və qapaqlarını möhkəm bağlayın. Soyuduqdan sonra sərin və quru yerdə saxlayın.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)