Sumqayıtda yaşayış binasında partlayış baş verib (Foto)

20 İyun 2026 19:26

Sumqayıt şəhərində partlayış hadisəsi qeydə alınıb.

Milli.A-ın yerli bürosu xəbər verir ki, hadisə 42-cı məhəllədə yerləşən beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində baş verib.

İlkin məlumata görə, partlayış nəticəsində xəsarət alanlar var. Hadisə yerinə təcili tibbi yardım briqadaları, yanğınsöndürənlər və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Ərazidə təhlükəsizlik tədbirləri görülür.

Faktla bağlı araşdırma aparılır, partlayışın başvermə səbəbləri müəyyənləşdirilir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)