Superliqa klubu Yankoviçi istəyir

20 İyun 2026 18:39

Türkiyə Superliqasına vəsiqə qazanan "Çorum" klubu transfer bazarında diqqətini Azərbaycana yönəldib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Çorum" klubu "Qarabağ"ın aparıcı yarımmüdafiəçisi Marko Yankoviçi heyətinə qatmaq niyyətindədir.

Məlumata görə, artıq 30 yaşlı monteneqrolu futbolçu ilə ilkin danışıqlara start verilib. Bildirilir ki, təcrübəli oyunçu yeni mövsümdə "Çorum"un orta xəttini gücləndirmək üçün müəyyənləşdirdiyi əsas transfer hədəfləri sırasında yer alır.

Xatırladaq ki, Marko Yankoviç 2022-ci ildən etibarən Ağdam təmsilçisinin uğurları üçün forma geyinir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)