Ölkədə tütün istehsalında 19,8% artım qeydə alınıb

20 İyun 2026 17:54

Bu ilin yanvar-may aylarında Azərbaycanda ümumilikdə 7 milyard 42,1 milyon ədəd siqaret istehsal olunub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 19,8% çoxdur.

Bildirilib ki, iyunun 1-nə olan vəziyyətə əsasən ölkədə 1 milyard 145,3 milyon ədəd hazır məhsul ehtiyatı mövcuddur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 46,1% artım deməkdir.

Hesabat dövründə emal olunmuş tütün məmulatlarının istehsalı da ciddi yüksəlib - son bir ildə bu göstərici 2,4 dəfə artaraq 1 916,7 tona çatıb.

Eyni zamanda iyunun 1-nə olan məlumata görə, Azərbaycanda 1 363 ton emal olunmuş tütün məmulatı ehtiyatı qeydə alınıb ki, bu da illik müqayisədə 2 dəfə çoxdur.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)