Flora Kərimova xəstəxanadan evə buraxıldı - Həkimlər son vəziyyəti açıqladı

20 İyun 2026 15:18

Xalq artisti Flora Kərimova bu gün müalicə aldığı xəstəxanadan evə buraxılıb.

Milli.Az xəbər verir ki, bu barədə APA-ya onun köməkçisi Əli Davud məlumat verib.

"Flora xanımın səhhəti yaxşıdır, müalicəsi müsbət nəticə verdiyi üçün həkimlərin qərarına əsasən evə buraxılıb", - o bildirib.

Qeyd edək ki, Azərbaycanın Xalq artisti Flora Kərimova səhhətində yaranan narahatlıq səbəbindən xəstəxanaya yerləşdirilib. Sənətkarın müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)