Aralıq dənizində ardıcıl iki zəlzələ qeydə alınıb

20 İyun 2026 14:50

Aralıq dənizində 4,7 və 5,3 bal gücündə iki zəlzələ baş verib.

Məlumata görə, yeraltı təkanlar Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) tərəfindən qeydə alınıb. Zəlzələlərin ocağı müvafiq olaraq 9,32 və 35,5 kilometr dərinlikdə yerləşib.

Hadisə ilə bağlı dağıntı və ya xəsarət alanlar barədə məlumat açıqlanmayıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)