Milli Hidrometeorologiya Xidməti Abşeron çimərliklərində iyunun 21-nə gözlənilən hava şəraitini açıqlayıb.
Məlumata görə, gün ərzində şimal-qərb küləyi əsəcək, bəzi ərazilərdə küləyin arabir güclənəcəyi gözlənilir.
Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada 21-22 dərəcə isti təşkil edəcək. Cənub çimərliklərində - Türkan, Hövsan, Sahil və Şıxda isə suyun temperaturu 23-24 dərəcə isti olacaq.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)