Füzuli rayonunda yeniyetmənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Milli.Az apa-ya istinadən xəbər verir ki, hadisə Qayıdış-9 qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 2011-ci il təvəllüdlü F.Hüseynov su kanalında çimən zaman boğularaq həyatını itirib.
Hadisənin səbəbləri araşdırılır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)