Külli miqdarda çətənə kolları və silah-sursat aşkarlanıb

20 İyun 2026 12:21

Ötən gün yabanı halda bitmiş 19,4 ton çəkidə 24503 ədəd çətənə kolu isə aşkarlanaraq məhv edilib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, keçirilən əməliyyatlar zamanı yabanı halda bitmiş 19,4 ton çəkidə 24 503 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib.

Bundan əlavə, kultivasiya yolu ilə yetişdirilmiş 11 ədəd çətənə kolu götürülüb.

Həmçinin paytaxt və regionlarda aparılan tədbirlər nəticəsində 4 avtomat silah, 1 tapança, 1 qumbara, 1 alışdırıcı, 5 tüfəng, 4 patron darağı və 22 ədəd patron aşkarlanaraq götürülüb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)