Qaradağda yanğın təhlükəli anbarın fəaliyyəti dayandırıldı

20 İyun 2026 11:41

Bakı-Salyan şossesində yerləşən anbarın fəaliyyəti dayandırılıb.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, Qaradağ rayonunda aparılan yoxlama zamanı obyektin yanğın təhlükəsizliyi qaydalarını kobud şəkildə pozduğu aşkar edilib.

Məlum olub ki, anbarda avtomatik siqnalizasiya sistemi quraşdırılmayıb, elektrik təsərrüfatı norma tələblərinə uyğun deyil, yanğın su hovuzu və daxili yanğın kranları yararsız vəziyyətdədir.

Eyni zamanda obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin olunmayıb, yanğına qarşı ara məsafələrə əməl edilməyib, təxliyə planı tərtib olunmayıb və işçilər müvafiq təlimatlandırılmayıb.

Yoxlama nəticəsində ciddi risklər nəzərə alınaraq anbarın fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)