Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az xəbər verir ki, hadisə Masazır qəsəbəsində, "Qurtuluş-93" yaşayış kompleksinin yaxınlığında qeydə alınıb.
İlkin məlumata görə, 19 yaşlı sürücünün idarə etdiyi motosiklet 4 yaşlı Atilla Bağırovu vurub.
Ağır xəsarətlər alan azyaşlı dərhal xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanıb.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)