Bakıda gecə klubunda turistə 1270 manat hesab gəldi - (Video)

20 İyun 2026 13:33

Paytaxtın əyləncə məkanlarında müştərilərin, xüsusilə də xarici vətəndaşların aldadılması ilə bağlı iddialar yenidən gündəmə gəlib.

Milli.Az xəbər verir ki, "aveadelli" ləqəbli bloger Bakıda başına gələnlərdən danışıb.

Onun iddiasına, gecə klubunda axşamını keçirən xarici turistə xidmətin sonunda təqdim olunan hesab gözləniləndən dəfələrlə yüksək olub. Belə ki, standart sifarişlərdən ibarət menyu üçün əcnəbi qonaqdan 1270 manat ödəniş tələb edilib.

Mütəxəssislərin fikrincə, yerli müştərilər bu kimi hallara qarşı daha ehtiyatlı davrandıqları üçün bəzi obyektlərdə əsas hədəf kimi xarici turistlər seçilir. Qiymətlər və yerli qaydalar barədə kifayət qədər məlumatlı olmayan qonaqlara yüksək məbləğlərin təqdim edilməsi isə narazılıqlara səbəb olur.

Belə hallar ölkənin turizm nüfuzuna mənfi təsir göstərir və xarici qonaqlarda xoşagəlməz təəssürat yaradır. Onların sözlərinə görə, istehlakçı hüquqlarının qorunması məqsədilə nəzarət tədbirlərinin gücləndirilməsi və bu sahədə şəffaflığın artırılması vacibdir.

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)