Türkiyə üçün DÇ erkən bitdi

20 İyun 2026 09:58

Futbol üzrə dünya çempionatının qrup mərhələsi çərçivəsində Türkiyə və Paraqvay milliləri üz-üzə gəliblər.

Milli.Az xəbər verir ki, qarşılaşma Cənubi Amerika təmsilçisinin minimalhesablı qələbəsi ilə başa çatıb.

Matçda yeganə qolu start fitindən 2 dəqiqə sonra Matias Qalarsa vurub.

Qeyd edək ki, Paraqvay millisinin futbolçusu Miquel Almiron 1-ci hissənin sonunda birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Buna səbəb qarşılaşma zamanı yaşanan gərginlikdə futbolçunun ağzını qapadaraq danışması olub. Yeni qaydalara əsasən, futbolçuların əli ilə ağızlarını bağlaması qadağandır.

Beləliklə, Türkiyə millisi iki məğlubiyyətlə sonuncu yerdədir və pley-offa vəsiqə qazanmaq şansını itirib.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)