Nadir Qafarzadə ailəsi ilə istirahətdə - FOTO

20 İyun 2026 00:12

Müğənni Nadir Qafarzadə ailəsi ilə birlikdə istirahətə yollanıb.

Milli.Az xəbər verir ki, sənətçi yay tətili üçün Türkiyənin Fethiye bölgəsini seçib.  

Qafarzadə istirahətdən olan fotolarını sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. Paylaşımlarda sənətçinin həyat yoldaşı Sevinc və nəvələri də yer alıb.

O, paylaşımına "Bizim varımız, dövlətimiz. Bu körpələr bizim yaşama səbəbimizdir" sözlərini yazıb. 

Qeyd edək ki, Nadirin Əziz və Loğman adlı iki övladı var. 

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)