Bakıdan Pirşağıya gedən sürət qatarının xarab olması məsələsinə aydınlıq gətirilib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən məlumat verilib.
"Texniki məsələ ilə əlaqədar Bakı-Sumqayıt qatarı 12 dəqiqə gecikmə ilə yola düşüb", - məlumatda qeyd olunub.
--------
Bakıdan Pirşağıya gedən sürət qatarı xarab olub.
Milli.Az Baku.ws-ə istinadən xəbər verir ki, sərnişinlər düşürülərək 18:30-da hərəkət edən qatara mindiriliblər.
Nəticədə qatarda sərnişin sıxlığı yaranıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)