Bakıda atası yaşda kişilərdən gənc qıza qarşı anormal davranış - (Video)

19 İyun 2026 18:45

Bakıda atası yaşda kişilərdən gənc qıza qarşı anormal davranış sərgilənib.

Milli.Az xəbər verir ki, bu barədə başına gələnləri gənc qız öz sosial şəbəkə hesabında paylaşıb.

"Deməli, hal-hazırda 20 yanvardayam. İnşaatçılarda bilirsiz ki, neçə gündür helium şar axtarıram, mənim vacib lazımım idi. Neçə saatdır inşaatçıları gəzmişəm, güc-bəlayla bir dənə helium şar tapmışam, almışam. Gəlmişəm 20 yanvarda metrodan çıxıram, iki dənə kişi, atam yaşdadırlar. Durub arxadan şarı partladırlar. Döndüm dedim ki, bunu niyə partladırsınız ki? Deyir gözümüzə girir. Dedim gözünüzə girir, adam kimi deyin ki, çəkim qırağa da. " deyə gənc qız bildirib.

Daha ətraflı videonu təqdim edirik:

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)