"Qarabağ"ın qapıçısı Portuqaliya klubu ilə anlaşdı

19 İyun 2026 17:26

"Qarabağ"ın daha bir futbolçusu komandadan ayrılıb.

Milli.Az İdmanxeber.az-a istinadən xəbər verir ki, söhbət Fabiyan Buntiçdən gedir. Təcrübəli qolkiper artıq komanda ilə sağollaşıb.

Onun yeni klubu da bəllidir. Buntiç karyerasını Portuqaliyada davam etdirəcək. O bu ölkənin I Liqa təmsilçisi "Farense" ilə anlaşıb.

Ağdam təmsilçisi Buntiçin ayrılığını yaxın vaxtda açıqlayacaq.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)