Elza əsəbiləşib bacısının üstünə qışqırdı - (Video)

19 İyun 2026 16:50

Əməkdar artist Elza Seyidcahan ilə bacısı, müğənni Rasimə Seyidcahan arasında yaşanan gərgin anlar diqqət çəkib.

Milli.Az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə Elza Seyidcahanın danışdığı vaxt bacısının söhbətə müdaxilə etməsi müzakirələrə səbəb olub. Sənətçi bu vəziyyətə sərt reaksiya göstərərək narazılığını ifadə edib.

Kadrlarda bacılar arasında qısa müddətli söz gərginliyinin yaşandığı görünür. Elza Seyidcahanın emosional reaksiyası izləyicilərin diqqətindən yayınmayıb.

Yayılan görüntülər qısa zamanda sosial şəbəkələrdə geniş müzakirə olunub. İzləyicilər baş verən hadisə ilə bağlı fərqli fikirlər səsləndirərək mövzu ətrafında çoxsaylı rəylər paylaşıblar.

Bacılar arasında yaşanan həmin anlar maraqla qarşılanıb və gündəm mövzularından birinə çevrilib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)