Köhnə maşınların dövrü bitir? - DYP-dən rəsmi açıqlama

19 İyun 2026 16:15

Azərbaycanda bu günə qədər 30 min nəqliyyat vasitəsi utilizasiya edilib.

Milli.Az xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin Avtotexniki Müfəttişlik şöbəsinin Dövlət avtomobil müfəttişi Aslan Hacıyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, 2024-cü ildə 1 966, 2025-ci ildə 19 840, 2026-cı ilin bu gününədək isə 13 330 nəqliyyat vasitəsi utilizasiyaya təhvil verilərək dövriyyədən çıxarılıb.

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)