Sabah Abşeron çimərliklərində dəniz suyu 22-25 dərəcə isti olacaq

19 İyun 2026 14:46

Milli Hidrometeorologiya Xidməti iyunun 20-də Abşeron çimərliklərində gözlənilən hava şəraiti ilə bağlı məlumat yayıb.

Milli.Az xəbər verir ki, proqnoza əsasən, çimərliklərdə mülayim şimal-qərb küləyi əsəcək və hava şəraiti dənizkənarı istirahət üçün əlverişli olacaq.

Dəniz suyunun temperaturunun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh və Zuğulbada 22-23 dərəcə isti olacağı gözlənilir.

Cənub çimərliklərində - Türkan, Hövsan, Sahil və Şıx ərazilərində isə dəniz suyunun temperaturu 24-25 dərəcə isti təşkil edəcək.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)