Xəzər rayonunda açıq ərazidə baş vermiş yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən daha geniş sahəyə yayılmasına, həmçinin yaxınlıqda yerləşən tikililərə keçməsinə imkan verilmədən söndürülüb.
Milli.Az xəbər verir ki, yanğın nəticəsində açıq ərazidə 15 hektar sahədə kol-kos və məişət tullantıları yanıb.
Yaxınlıqda yerləşən tikililər və istixana yanğından mühafizə olunub.
_________________
Bakının Xəzər rayonunda açıq sahədə yanğın qeydə alınıb.
Milli.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri göndərilib.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Yanğının səbəbi və dəymiş ziyanla bağlı məlumat verilməyib. FHN bildirib ki, hadisə ilə bağlı əlavə məlumat ictimaiyyətə təqdim olunacaq.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)